İspaniyaDünya futbolu

Bir il futbolsuz: 3 variant var

Məşhur ispan qapıçı David De Xeanın karyerasını davam etdirmək üçün bir neçə variantı var.

Aut.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

Onların məlumatına görə, De Xeaya MLS, Səudiyyə Ərəbistanı və İtaliya klublarından biri təklif göndərib. 33 yaşlı ispan qolkiperin gələcək taleyi gələn həftə müəyyənləşə bilər.

Xatırladaq ki, De Xeanın “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilin yayında başa çatıb. O, ötən mövsüm oynamayıb, azad agent kimi qalıb. Daha əvvəl De Xeanın “Real Madrid”ə keçə biləcəyi bildirilirdi.

Aut.az