Mbappenin Kamerundakı oyunu niyə təxirə salınıb?
PSJ-nin hücumçusu Kilian Mbappe ata vətəni Kamerunu səfəri çərçivəsində bir oyunda meydana çıxmalı iid. Futbolçunun İkinci liqada iştirak edən bir komandanın heyətində meydana çıxması planlaşdırılırdı.
Aut.az xəbər verir ki, ancaq təhlükəsizlik səbəbiylə görüş ləğv edilib. Oyunçunun ətrafı ehtiyatlanaraq son anda oyunun baş tutmasına mane olub.
Futbolçuya olan hədsiz maraq təhlükəsiz işçilərinin işini xeyli çətinə salır. Onlar bəzi məqamlarda çarəsiz qalırlar. Futbolçunun hava limanında 2000 həmyerlisi tərəfindən qarşılanması buna nümunədir.
Qeyd edək ki, Kilianın Kamerun səfəri bu gün başa çatacaq.
