Messisiz “İnter Mayami” mübarizəni dayandırdı – VİDEO
ABŞ-da keçirilən Liqalar Kubokunun 1/8 final matçında “Kolambus Kryu” “İnter Mayami”ni 3:2 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, qalib komandada Dieqo Rossi dubla imza atıb. Devid Bekhemin komandasında Luis Suares bir məhsuldar ötürmə edib. Oyun ərzində 2-0 önə keçən “İnter” 14 dəqiqə ərzində üç qol buraxaraq (67-81) məğlub olub.
“İnter”in əsas ulduzu Lionel Messi zədə səbəbindən matçda iştirak etməyib.
Qeyd edək ki, MLS və Meksika çempionatının komandaları arasında keçirilən bu turnirin hazırkı qalibi Mayami komandasıdır.
Aut.az
