Dünya futbolu

Ən yaxşı oyunçu üçün mükafatı topdaşıyan uşağa verdi – FOTO  

“Porto”nun yarımmüdafiəçisi Niko Qonsales “Braqa” ilə oyundan (2:1) sonra topdaşıyan uşağa təşəkkür edib.

Aut.az xəbər verir ki, Qonsales ikinci hissədə məhsuldar ötürmə edib və matçın ən yaxşı oyunçusu seçilib.

İspan futbolçu öz mükafatını təhlükəli hücum zamanı topu tez çatdıran topdaşıyan uşağa verib.

Müdafiəçi Martim topu cəld Qonsalesə çatdırıb, o isə qələbə qolunu vuran Pepe Akinoya ötürmə edib.

Ən yaxşı oyunçu üçün mükafatı topdaşıyan uşağa verdi – FOTO  

Aut.az