Premyer Liqada onun qədər komandasına töhfə verən yoxdur
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer ötən mövsümün əvvəlindən İngiltərə Premyer Liqasında qol vurmağa başçılıq edir.
Aut.az xəbər veirr ki, ingilis futbolçunun 28 qol və 16 məhsuldar ötürməsi var ki, bu da 44 qola töhfə vermək deməkdir.
İkinci yerdə 42 qolda (37+5) əməyi olan “Mançester Siti”nin hücumçusu Erlinq Haalanddır. Üçüncü sırada isə “Aston Villa”nın hücumçusu Olli Uotkins qərarlaşıb – 38 (23+15).
“İlk 5”-liyə həmçinin “Liverpul”un hücumçusu Məhəmməd Salah (36 – 22+14) və “Arsenal”ın vingeri Bukayo Saka (34 – 18+16) daxil olub.
Aut.az
