Azarkeşlər “Çelsi”nin səhmlərini alacaq?
“Çelsi”nin keçmiş müdafiəçisi Con Terri tərəfdaşları ilə birlikdə London klubunda 10% pay almaq niyyətindədir.
Aut.az xəbər verir ki, investorlar bunu “mavilər”in azarkeşlər qrupuna məxsus olan və mövsümlük biletlərin sahibi olan “PrimaryBid” onlayn platforması vasitəsiylə reallaşdırmaq istəyirlər. Məqsəd isə azarkeş sərmayəsini kluba cəlb etməkdir.
“Mançester Yunayted”i satın almaqda maraql olan “Ares Menecment” də “Çelsi” ilə əməkdaşlıq imkanlarını araşdırır. “Zadəganlar”ın sahibi Todd Boeli bu vəsaiti yeni arenanın tikintisinə, klub bazasının yenidən qurulmasına və klubla bağlı layihələrin genişləndirilməsinə sərf etməyə hazırdır.
