Keyndən sonra kapitan o olacaq, əvəzolunmazdır – Runi kimi deyir?
“Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş hücumçusu Ueyn Runi “Arsenal”ın yarımmüdafiəçisi Deklan Raysın “Bavariya”nın hücumçusu Harri Keyn komandadan ayrıldıqdan sonra milli komandanın gələcək kapitanı olacağına inanır.
Aut.az xəbər verir ki, – Runi bu barədə “BBC Sport”a bildirib.
“Mənim üçün Rays Harri Keyn təqaüdə çıxdıqda onun açıq-aydın varisi olacaq. “Everton” üzərində 1:0 hesablı qələbə qazanılan oyunda Rays hər yerdə idi. Onun nə vaxt və haradan ötürmə verməsi, hansı ayaqla və hansı dəqiqliklə verməsi kimi qərarları izləmək xoş idi. O, əla performans sərgilədi.
Onun komandanın oyununa verdiyi töhfə bəzən qiymətləndirilmir. Mənim üçün o, Keyni əvəz etməli olan şəxsdir, çünki o, xarakter və liderlik keyfiyyətlərinə malikdir. Onu tanıyan və onunla işləyən hər kəs ona böyük hörmətlə yanaşır. O, İngiltərə komandası üçün əvəzolunmazdır”.
Aut.az
