İngiltərəTürkiyə

“Beşiktaş” onu “Arsenal”dan 20 milyona aldı

“Beşiktaş” 31 yaşlı cinah yarımmüdafiəçisi Leandro Trossard üçün “Arsenal”la 20 milyon avroluq müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, müqaviləyə 18 milyon avroluq transfer haqqı, 2 milyon avro bonus və əlavə ödənişlər daxildir. Şəxsi müqavilənin şərtləri hələ də danışıqlar mərhələsindədir.

Trossardın “Arsenal”la müqaviləsi 2027-ci ilin yayında başa çatır. “Transfermarkt”ın məlumatına görə, oyunçunun bazar dəyəri 18 milyon avrodur. Ötən mövsüm Trossard Mikel Artetanın komandasında 50 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə edib.

Futbolçu hazırda Belçika millisinin heyətində Dünya Kubokunda iştirak edir.

Aut.az