“Liverpul”un kapitanı ilə bağlı şok iddia: Bu ölkəyə gedir?
“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Deyk Səudiyyə Ərəbistanından gələn sərfəli təklifə baxmayaraq, MLS klubuna keçməyə meyllidir.
Aut.az xəbər verir ki, bu barədə “Get French Football News” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Liverpul” van Deykin əvəzedicisi kimi Dortmund “Borussiya”sının 25 yaşlı mərkəz müdafiəçisi Niko Şlotterbeki nəzərdən keçirir. “Mersisaydlılar” müqaviləni 50 milyon avroya bağlamağa ümid edirlər.
Daha əvvəl mətbuatda Səudiyyə Ərəbistanı “Əl-Hilal”ının İngiltərə klubunun kapitanına ilkin olaraq 20 milyon avrodan çox təklif etdiyi barədə məlumat yayılmışdı.
Aut.az
