İngiltərə

“Aston Villa” onu “Çelsi”dən aldı – FOTO

“Aston Villa” “Çelsi”dən 22 yaşlı sol cinah müdafiəçisi Yan Matseni transfer etdiyini rəsmən açıqlayıb.

Aut.az xəbər verir ki, daha əvvəl nüfuzlu italyan jurnalist Fabritsio Romano Birmingem klubunun Matseni 37,5 milyon funta (44,2 milyon avro) aldığını bildirmişdi. Niderlandlı futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.

Matsen ötən ilin yanvarından icarə əsasında Dortmund “Borussiya”sında çıxış edirdi. Ümumilikdə, 2023/2024 mövsümündə bütün turnirlərdə 38 matçda iştirak edib, üç qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə əmək müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə idi. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.

“Aston Villa” onu “Çelsi”dən aldı – FOTO

Aut.az