Dünya cempionatı

Fransa millisinin DÇ-2026-da ən çox forması satılan futbolçusu görün kimdir

Fransa millisinin hücumçusu Maykl Olise DÇ-2026-da milli komandanın futbolçuları arasında ən çox satılan formanın sahibi olub.

Aut.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, turnirdə nümayiş etdirdiyi uğurlu çıxışdan sonra Olisenin adı yazılmış formalara tələbat kəskin artıb. Pərakəndə satış şirkətləri sifarişlərin həcmini qarşılamaqda çətinlik çəkir və bu səbəbdən rəsmi satış məntəqələrində məhsul çatışmazlığı yaranıb.

Fransa millisi dünya çempionatının 1/8 final mərhələsində Paraqvay yığması ilə qarşılaşacaq. Oyun bu gecə saat 01:00-da Filadelfiyada keçiriləcək.

Qeyd edək ki, 24 yaşlı Maykl Olise mundialda Fransa millisinin keçirdiyi bütün 4 oyunda start heyətində meydana çıxıb. Onun hesabında 5 məhsuldar ötürmə var.

Aut.az