İngiltərə

İngiltərə millisinə niyə çağırılmayıb? – Tuxel ilə söhbətim olub

“Everton”un cinah oyunçusu Cek Qriliş İngiltərə millisinin oktyabrda keçiriləcək DÇ-2026-nın seçmə mərhələsi üçün millinin heyətinə çağırılmamasına münasibət bildirib.

Aut.az xəbər verir ki, o, bununla bağlı baş məşqçi Tomas Tuxel ilə danışdığını açıqlayıb:

“İlk növbədə klubum üçün yaxşı çıxış etmək istəyirəm. Çünki hər həftə oynayırıq. Amma təbii ki, mən də İngiltərə yığmasına düşmək istəyirəm. Baş məşqçi Tomas Tuxel ilə söhbətim olub və başa düşürəm ki, hazırda milli komandada, xüsusən də sol cinahda böyük rəqabət var.

“Raşye (red- Markus Reşford) yenidən forma yığıb… Eze, Antoni Gordon var. Onların hamısı həqiqətən yaxşı oynayırlar. Şikayət edə bilmərəm, bu belədir. Ümid edirəm ki, belə oynamağa davam edə və matçlarda fərq yarada bilərəm”.

Qeyd edək ki, 30 yaşlı Qrealiş bu mövsüm Premyer Liqanın 7 oyununda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.