10 il sonra ortaya çıxan maxinasiya: Milyonlar hara gedib?
İngiltərə Premyer Liqasının rəhbərliyi Samuel Eto’O və Villianın “Anji”dən “Çelsi”yə 2013-cü ildəki transferiylə bağlı araşdırmalara başlayıb.
Aut.az xəbər verir ki, buna səbəb keçidə görə ödənilən vəsaitin bir hissəsinin futbolçuların məxsus olduğu “Anji”yə yox, hüquqi şəxslərə çatmasıdır. “The Times”ın məlumatına görə, maxinasiya “Çelsi”nin yeni sahiblərinin keçmiş sövdələşmələr barədə araşdırma apararkən ortaya çıxıb.
Eto’O və Villianın transferləri London klubunun Roman Abramoviçə məxsus olduğu vaxta təsadüf edib. Bu səbəbdən Premyer Liqa “Çelsi”nin 2012-2019-cu illər arasında etdiyi əməliyyatları araşdırır. İddia olunur ki, “zadəganlar” başqa ofşor şirkətlərə də ödəniş edib.
Qeyd edək ki, bəzi mənbələr “Çelsi”nin sözügedən futbolçulara görə 35,5 milyon avro xərcə düşdüyünü iddia edir.
Aut.az
