Onun burada nə işi var? – “Çelsi”nin liderindən Trampa etiraz – VİDEO
Klublararası Dünya Çempionatının finalından sonra keçirilən mükafatlandırma mərasimi zamanı qalmaqal baş verib.
Aut.az xəbər verir ki, qalmaqalın baş qəhrəman “Çelsi”nin lideri Palmer olub. Bununla bağlı video sürətlə sosial medaiada yayılıb.
Mükafatlandırma mərasimində FİFA prezidenti Canni İnfantino ilə yanaşı ABŞ prezidenti Donald Tramp da iştirak edib və kuboku “Çelsi”nin kapitanı Ris Ceymsə təqdim edib.
Amma adət üzrə rəsmi hissədən sonra səhnəni tərk etmək əvəzinə, Tramp podiumda qalaraq ingilis klubunun şənliklərinə qatılmaq qərarına gəlib.
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer komanda yoldaşlarından təəccüblə soruşub: “Onun burada nə işi var?”
Xatırladaq ki, klublararası dünya çempionatının finalında londonlular PSJ-ni 3:0 hesabı ilə darmadağın ediblər. Palmer oyunun və turnirin ən yaxşı oyunçusu seçilib.
Aut.az
