Dünya futbolu

21 yaşa çatmamış istedadların yığması: Heyətdə iki türk var

“Score 90” nəşri hələ 21 yaşı tamam olmayan ən yaxşı futbolçulardan ibarət komanda yaradıb.

Aut.az xəbər verir ki, onların demək olar ki, hər biri artıq özünü ən yüksək səviyyədə sübut edib və top-klubların start heyətində  yer alırlar.

“Tuluza”dan olan qapıçı Qiyom Rest Fransa klubunda daim meydana çıxır. Onun cəmi 20 yaşı var və böyük gələcək vəd edir.

Müdafiəçi Aleks Balde “Barselona”nın sol cinahını möhkəmləndirdi, Pau Kubarsi isə mərkəzi ələ keçirdi. Din Heysen böyük pula “Borunmut”dan “Real”a keçib və “kral klubu”nda əsas heyətdə möhkəmlənməyə çalışacaq.

Riko Lyuis birdən-birə sağ cinahda Pep Qvardiolanın ilk seçimi oldu.

Madriddəki ikinci mövsümündə Arda Gülər daha çox oyun keçirməyə başladı, Aleksandar Pavlovic “Bayern”də yaxşı çıxış etdi, Joao Neves PSJ-yə keçdi və komandanın Çempionlar Liqasını qazanmasına kömək etdi.

Desire Due PSJ-də bir kəşf oldu, Lamin Yamal isə hələ 18 yaşına çatmamış dünyanın ən böyük vunderkindi oldu. “Yuventus”un futbolçusu Kənan Yıldız “ daha çox solda oynasa da, mərkəzdə də təcrübəsi var.

Aut.az

21 yaşa çatmamış istedadların yığması: Heyətdə iki türk var