Belçika millisinin Avro-2024 üçün yekun heyəti: Görün kim kənarda qaldı
Futbol üzrə Belçika milli komandasının Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.
Aut.az xəbər verir ki, futbolçular siyahısında yığmanın baş məşqçisi Domeniko Tedesko ilə münaqişə yaşayan “Real”ın qapıçısı Tibo Kurtua yer almayıb.
UEFA 26 futbolçuya icazə versə də, heyətdə 25 nəfərin adı yer alıb.
Qeyd edək ki, Avro-2024-də Belçika millisi Rumıniya, Slovakiya və Ukrayna ilə eyni qrupda yer alıb. Qitə birinciliyi iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Aut.az

