İspaniya

Futbolçuları aparan təyyarə məcburi eniş etdi: Öləcəyimizi düşünürdük

“Kadis”in futbolçularını aparan təyyarə mühərrikindəki nasazlıqlara görə Sevilyada məcburi eniş edib.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” internet nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Boeing 767”-nin mühərriklərindən birində yaranan problem təyyarənin kapitanını Sevilya şəhərində təcili eniş etməyə məcbur edib.

“Kadis”in futbolçuları və məşqçilər heyəti yoldaşlıq oyunu üçün El Salvadora uçurmuş.

İtkilərin olmadığı, lakin “Kadis”in futbolçularının şokda olduğu qeyd edilir.

“Cadis”in futbolçusu Alex Fernandez “Marca”ya “öləcəyimizi düşünürdük” deyib.

Qeyd edək ki, Kadis La Liqada 2023/2024 mövsümünü 18-ci yerdə başa vurub.

Aut.az