“El klsiko”nun ən zəif oyunçusu o olub – FOTO
Oktyabrın 28-də “Barselona” və “Real” komandaları arasında La Liqanın 11-ci turunun oyunu keçirilib.
Oyun 2:1 hesabı ilə “kral klubu”nun xeyrinə başa çatıb.
Cud Bellinqem bu matçda dubla imza atıb. İngilis futbolçu qələbə qolunu 90+2-ci dəqiqədə vurub.
Matçın başa çatmasından sonra “WhoScored” statistik portalı futbolçulara xallar verib. Bellinqem ən yaxşısı seçilib. O, 8,2 bal alıb.
Kataloniya klubunun yeganə qolunun müəllifi İlkay Gündoğan 6,7 xal alıb. Bununla belə, Qavi “Barsa”nın heyətində ən yaxşı oldu (6,9).
Görüşün ən pis oyunçusu Robert Levandovskidir (5,7).

Aut.az
