Almaniya millisinin futbolçusu azarkeşi necə xəstəxanalıq edib? – FOTO
Almaniya millisinin hücumçusu Niklas Füllkruq Avro-2024-ün Şotlandiya ilə açılış matçından əvvəl isinmə hərəkətləri zamanı azarkeşin qolunu sındırıb.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “bundestim”in hücumçusu isinmə hərəkətləri zamanı qapıya zərbə endirərkən dəqiq olmayıb. Bu zaman top qapının arxasında ön cərgədə əyləşən azarkeşə dəyib. Nəticədə 43 yaşlı kişi Avro-2024-ün açılış matçını xəstəxanadan izləyib. Azarkeşin əməliyyata ehtiyacı olmadığı və gecə yarısından sonra evə buraxıldığı bildirilir.
Niklas Füllkruq xəsarətn şəxsdən üzr istəmək niyyətindədir. O. bunun üçün azarkeşə məktub və formasını göndərməyi planlaşdırır.
Almaniya Futbol Assosiasiyasının (DFB) da hadisədən xəbərdar olduğu bildirilir.
Xatırladaq ki, Almaniya Şotlandiyanı 5:1 hesab ilə darmadağın edib.63-cü dəqiqədə əvəzetmədən meydana daxil olan Füllkruq qollardan birini vurub.
Aut.az

