Avropa Çempionatı

UEFA ilk turun ən yaxşı qoluna namizədləri açıqladı: Türkiyənin 2 qolu var

2024-cü il Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun ən yaxşı qolunun müəllifi adına iddialılar bəlli olub.

Aut.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Azarkeşlər aşağıdakı dörd qoldan birinə səs verə bilər:

  1. Arda Gülər ​​(Türkiyə) Gürcüstanla matçda (3:1).
  2. Nikolo Barella (İtaliya) Albaniya ilə matçda (2:1).
  3. Mert Muldur (Türkiyə) Gürcüstanla oyunda (3:1).
  4. Nikolae Stanciu (Rumıniya) Ukrayna ilə oyunda (3:0).

Bu gün, iyunun 19-da qrup mərhələsinin 2-ci turuna start verilir.

Aut.az