Hansı ulduz futbolçu Yamaldan formasını istəyib?
İspaniya millisinin vingeri Lamin Yamal maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, fransalı hücumçu Kilian Mbappe ondan Avro 2024-ün yarımfinal oyunundan sonra formalarını dəyişməsini istədiyini bildirib. “Kilian oyundan sonra köynəyimi istədi”, – deyə 16 yaşlı futbolçu söyləyib.
Qeyd edək ki, görüş İspaniyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Matadorlar” Avro-2024-ün finalında İngiltərə ilə qarşılaşacaq. Oyun iyulun 14-də baş tutacaq.
Aut.az
