Avropa Çempionatı

Stüard Portuqaliya millisinin üzvünü yerə sərdi – VİDEO

Portuqaliya millisinin hücumçusu Qonçalo Ramos Avro-2024-ün Türkiyə ilə 2-ci tur matçından sonra (3:0) heç də xoş olmayan hadisə ilə üzləşib.

Aut.az xəbər verir ki, bütün oyun boyu ehtiyat oyunçular skamyasında qalan futbolçu final fitindən sonra yaşanan olayla gündəmə gəlib.

Ramos matçın sonunda komanda yoldaşlarını təbrik etmək üçün onların yanına gedib. Bu zaman həmkarına meydana girən azarkeşi tutmağa kömək etməyə tələsən stüard sürüşmə fəndi ilə PSJ-nin forvardını yerə sərib.

Ramos ayağa qalxdıqdan sonra axsaya-axsaya hadisə yerindən uzaqlaşıb. Onun durumu bəlli deyil.

Aut.az