Alman polisindən ingilislərə tövsiyə, Pivə içməyin, çətənə çəkin
Almaniya polisi İngiltərə azarkeşlərini Aropa Çempionatı zamanı pivə içmək əvəzinə çətənə çəkməyi tövsiyə edib.
Aut.az xəbər verir ki, bu barədə Britaniyanın məşhur “Daily Mail” internet nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Almaniya hüquq-mühafizə orqanları spirtli içkilərin azarkeşləri aqressivləşdirdiyinə əmindir. Qeyd olunur ki, alman polisi serb azarkeşlərdən də narahatdır. Xatırladaq ki, Avro-2024 bu gün, iyunun 14-də başlayır. Açılış oyununda Almaniya və Şotlandiya komandaları qarşılaşacaq.
Münhendəki “Allianz Arena” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.
Aut.az
