Avropa Çempionatı

UEFA çıxılmaz durumda: Avro-2024-də atəşfəşanlıq olmayacaq?

Avro-2024-ün açılış mərasimindən əvvəl atəşfəşanlıq olmaya bilər.

Aut.az xəbər verir ki, Almaniya və Şotlandiya milliləri arasında turnirin ilk oyununu Münxendə keçiriləcək.

Şəhər hakimiyyəti UEFA-ya atəşfəşanlıq üçün icazə vermir. Bu barədə “X” sosial şəbəkəsində “Bayern&Germany” məlumat yayıb.

Mənbənin sözlərinə görə, UEFA “Allianz Arena” stadionunda baş tutacaq açılış mərasimində atəşfəşanlıq etmək istəyir, lakin Münxen rəhbərliyi tədbiri təsdiqləməyə tələsmir.

Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Aut.az