Merih Demiral “bozqurd” işarəsini niyə göstərib? – Səbəb ortaya çıxdı
Avro-2024-ün 1/8 finalında Avstriya ilə görüşdə (2:1) 2 qol vuran Türkiyə millisinin futbolçusu Merih Demiralın “bozqurd” işarəsi göstərməsi diqqət mərkəzinə düşüb.
Aut.az xəbər verir ki, Avstriya dövləti ərazisində tütklüyün rəmzi hesab edilən işarəsini qadağan edib. “Qartallar”ın qapısına qol vuran Merih qarşı tərəfə etiraz əlaməti olaraq, məhz bu işarəni göstərib.
Həmçinin, oyundan sonra qol sevinci barədə danışan Demiral “Türk olduğum üçün çox xoşbəxtəm. Çox qürur duyuram. Qoldan sonra bunu iliklərimə qədər hiss edirəm. Ona görə belə bir şey hiss etmək istədim. Azarkeşlərimiz bizimlə qürur duyur. Tribunada “bozqurd” işarəsi göstərənləri görmüşdüm. Mən də bundan həvəsləndim”, – deyə cavab verib.
Qeyd edək ki, Almaniya polisinin də oyun günü türk azarkeşlərə “bozqurd” işarəsi və “Kurtlar Vadisi”nin “Cendere” mahnısını qadağan etdiyinə dair iddialar var.
Aut.az

