Portuqaliyadan əzmkar qələbə
Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsidə 1-ci tur başa çatıb.
Aut.az xəbər veirr ki, turun son görüşündə Portuqaliya və Çexiya komandaları üz-üzə gəlib. F qrupunda baş tutan matçda birincilər 2:1 hesablı qələbə qazanıb.
62-ci dəqiqədə Lukaş Povodun qolu sayəsində əvvəlcə Çexiya millisi hesabda önə keçib. Ardından çexiyalı futbolçu Robin Hranak 69-cu dəqiqədə avtoqol müəllifi olmaqla hesabı bərabərləşdirib. Qarşılaşmada son nöqtəni 90+2-ci dəqiqədə Fransisko Konseysao qoyub.
Avropa çempionat, 1-ci tur
18 iyun
F qrupu
23:00 Portuqaliya – Çexiya – 2:1
Qollar: Robin Hranaç, 69-avtoqol, Fransisko Konseyçao, 90+2 – Lukas Provod, 62
