ŞOK İDDİA: İtaliya-İsveçrə oyunu yenidən keçirilə bilər
İtaliya millisinin İsveçrə ilə Avro-2024-ün 1/8 final matçının təkrar keçirilməsini tələb etmək hüququ var.
Aut.az xəbər verir ki, bunu sabiq rusiyalı hakimi İqor Fedotov deyib.
“İtaliya-İsveçrə matçında ikinci hissədə başlama proseduru pozulub. İtaliya millisinin oyunçusu ikinci hissədə topu oyuna daxil etməzdən əvvəl italyan futbolçular artıq meydanın rəqibə aid hissəsində idilər.
Bundan sonra top meydanı tərk etməyib və İtaliya millisinin qapısına qol vurulub. Oyunun qaydalarına əsasən, hakim oyunu dayandırmalı və ikinci hissə yenidən başlamalı idi.
Qaydaları kimin pozmasının fərqi yoxdur, istər italyanlar, istərsə də isveçrəlilər. Hakim ikinci hissəyə yenidən başlamaq məcburiyyətində idi. İsveçrəlilər qol vurduğundan, lakin top meydanı tərk etmədiyindən və oyun dayanmadığından bu, etiraz anı olmalıdır. Burada oyun qaydaları pozulub”, – Fedotov “Çhampionat”ın müxbiri Maksim Paxomovla söhbətində deyib.
Aut.az
