Avropa Çempionatı

Avro-2024-ün “ağsaqqal”ları

Avro-2024-də iştirak edəcək komandaların heyətində yaşı 35-dən yuxarı olan 28 futbolçu yer alıb.

Aut.az xəbər verir ki, bu, əvvəlki çempionatla müqayisədə 8 veteran çoxdur. Onlardan ən yaşlısı Portuqaliya millisinin 41 yaşlı müdafiəçisi Pepedir.

Qapıçılar arasında gürcü Georgi Loria (38 yaş), yarımmüdafiəçilər arasında  xorvat Luka Modriç (38 yaş), hücumçular arasında portuqaliyalı Kriştiano Ronaldo (39 yaş) ən yaşlıdır.

Aut.az