Hokkey

Dünyanın ən böyük xokkey arenası yandı – FOTO

Sankt Peterburqda yerləşən “SKA Arena”da yanğın baş verib.

Aut.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda yanmış oturacaqlar və qismən dağılmış tribunalar əks olunub.

Hadisə bazar günü, iyunun 9-da baş verib. Sankt-Peterburqun SKA klubu bu hadisənin komandanın mövsümöncəsi hazırlıqlarına təsir etməyəcəyini bildirib.

Daha əvvəl bildirilib ki, yanğına səbəb naqillərdə nasazlıq olub.

2023-cü ildə tikilmiş “SKA Arena”, dünyanın ən böyük xokkey sarayı olmaqla, 21,5 min tamaşaçı tutumuna malikdir. Açılış zamanı arenanın tikintisi 60 milyard rubl dəyərində qiymətləndirilirdi.

Dünyanın ən böyük xokkey arenası yandı – FOTO

Aut.az