Avropa Çempionatı

1/8 finaldan öncə: Superkompüter əsas favoriti açıqladı

“Opta” superkompüteri 1/8 final oyunlarının başlaması ərəfəsində 2024-cü il Avropa çempionatının əsas favoritini müəyyən edib.

Aut.az xəbər verir ki, superkompüter hesab edir ki, Avro-2024 -də qələbəyə əsas namizəd İngiltərə yığmasıdır (20%). Favoritlər üçlüyünə həmçinin İspaniya (17,2%) və Almaniya (15,8%) daxil olub. Gürcüstan millisinə 2024-cü il Avropa çempionatında qalib gəlmək üçün hamıdan az, cəmi 0,3% şans verilir.

Xatırladaq ki, Avro 2024-ün 1/8 finalında aşağıdakı komandalar üz-üzə gələcək:

İspaniya – Gürcüstan;

Almaniya – Danimarka;

Portuqaliya – Sloveniya;

Fransa – Belçika;

Rumıniya – Hollandiya;

Avstriya – Türkiyə;

İngiltərə – Slovakiya;

İsveçrə – İtaliya.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunlarına iyunun 29-da start veriləcək.

1/8 finaldan öncə: Superkompüter əsas favoriti açıqladı