Avropa Çempionatı

İsveçrə millisi İtaliya ilə oyun öncəsi görün nəyi məşq edib

İsveçrə millisinin futbolçuları İtaliya ilə Avropa çempionatının 1/8 final matçı öncəsi penaltilər məşq edib.

Aut.az xəbər verir ki, bu barədə baş məşqçi Murat Yakın danışıb.

“Penaltiləri məşq etmək üçün vaxtımız var idi. Hər kəsin 11 metrlik atışları yerinə yetirmək imkanı oldu və biz özümüz üçün bəzi qeydlər etdik. Amma təbii ki, bu, stresli vəziyyətdə, təzyiq altında penalti vurmaqla eyni deyil. Bizim keçmiş turnirlərdə penalti zərbələri ilə bağlı təcrübəmiz var. Lakin ümid edirik ki, matç 90 dəqiqə ərzində bitəcək. və bizim qələbəmizlə başa çatacaq”, – deyə türkəsilli mütəxəssis UEFA-nın mətbuat xidmətinə bildirib.

Qeyd edək ki, İsveçrə – İtaliya matçı iyunun 29-da keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Aut.az