Arda Runi və Ronaldonun uğurunu təkrarladı
Türkiyə millisi Avro-2024-ün 1/8 finalında Avstriyanı 2:1 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, bu oyunda Türkiyə yığmasının gənc istedadı Arda Gülər bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
“Opta”nın məlumatına görə, 19 yaşlı türk Ueyn Runi və Kriştiano Ronaldonun nailiyyətini təkrarlaya bilib. O, tarixdə bir Avropa çempionatında qol vuran və məhsuldar ötürmə verən üçüncü yeniyetmə olub.
Aut.az
