Türkiyə millisinin üzvü zədələndi
Emre Akbaba Türkiyə millisinin heyətindən çıxarılıb.
Aut.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Onun Almaniya ilə yoxlama görüşündə zədələndiyi bildirilib. Buna görə 31 yaşlı yarımmüdafiəçi Avro-2024-ün seçmə mərhələsinin sonuncu turunda Uelsə qarşı oyunu buraxacaq
Qeyd edək ki, noyabrın 21-i keçiriləcək Uels – Türkiyə görüşü saat 23:45-də başlayacaq.
