Dünya futbolu

Lukaku əmin etdi: O, məndən yaxşı olacaq

Belçika yığmasının və “Roma”nın hücumçusu Romelu Lukaku PSV-nin 20 yaşlı cinah oyunçusu Joan Bakayokonun potensialını yüksək qiymətləndirib.

“O, statistikanın vacib olduğunu öyrəndi. İndi daha çox ötürmə verir və daha çox qol vurur, diqqət mərkəzinə düşür. Ona dedim ki, kreativ təfəkkürünü və qol statistikasını birləşdirə bilsə, dünya səviyyəli futbolçuya çevriləcəyini düşünürəm.

Mən həqiqətən inanıram ki, o, gələcəkdə məndən daha yaxşı olacaq”, – jurnalist Alfredo Pedullanın saytı Lukakudan sitat gətirib.

Xatırladaq ki, bu mövsüm Bakayoko bütün turnirlərdə 21 qarşılaşmada iştirak edib və 3 qol vurub, 11 məhsuldar ötürmə verib.

Futbolçu Belçika millisində bu ilin martında debüt edib. Yığmada  səkkiz oyun keçirib və bir qol vurub.

Aut.az