Avropa Çempionatı

Millinin düşərgəsindən qovuldular: Kluba gediblər, içki içiblər

Çexiya millisinin 3 futbolçusu cəzalandırılıb.

Aut.az xəbər verir ki, bu barədə yığmanın “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) hesabı məlumat yayıb.

“Şənbə günü axşam 3 oyunçu komandanın daxili qaydalarını kobud şəkildə pozub. Yakub Brabeç, Vladimir Zufal və Yan Kuçta komanda rəhbərliyinin qərarı ilə dərhal düşərgəni tərk ediblər”, – deyə məlumatda bildirilir.

Sport.cz iddia edir ki, bu futbolçular gecəni Olomous şəhərinin mərkəzindəki klubda keçirib və orada spirtli içki qəbul ediblər.

Qeyd edək ki, Çexiya seçmə mərhələdəki son matçını noyabrın 20-də Moldovaya qarşı keçirəcək. Oyun saat 23:45-də başlayacaq. Avro-2024-ə vəsiqə qazanmaq üçün Çexiya yığmasına ən azı heç-heçə lazımdır.