Formula 1

Ferstappendən növbəti zəfər

“Red Bull” komandasının pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının 7-ci mərhələsi hesab edilən Emilya-Romanya Qran Prisində birinci yeri tutub.

Aut.az xəbər verirr ki, niderlandlı pilotu karyerasında üçüncü dəfə burada qalib gəlib.

“MakLaren” komandasının sürücüsü Lando Norris ikinci yeri tutub. Britaniyalı sürücü Ferstappenə 0,725 saniyəyə uduzub. Ferrari komandasının pilotu Şarls Lekler qalibdən 7,916 saniyə geri qalaraq yarışda üçüncü olub.

2024-cü il mövsümünün 7 mərhələsindən sonra “Formula 1”-in şəxsi reytinq cədvəlinin lideri 161 xal toplayan Ferstappendir. Şarls Lekler 113 xalla ikinci, “Red Bull”un digər pilotu Serxio Peres isə 107 xalla üçüncü yerdədir.

Konstruktorların yarışında lider 268 xal toplayan “Red Bull”dur. “Ferrari” ikinci (212), “MakLaren” isə üçüncüdür (154).

Qeyd edək ki, Formula 1-in növbəti mərhələsi mayın 24-dən 26-dək Monakoda keçiriləcək.

Aut.az