“Zenit” 5 milyon istəyir, “Beşiktaş” hazır deyil
“Zenit” müdafiəçi Nurəli Alipin transferi üçün təxminən 5 milyon avro almaq istəyir.
Aut.az xəbər verir ki, bu barədə “RİA Novosti Sport” öz mənbəsinə istinadən məlumat yayıb.
“Beşiktaş” və bir sıra digər klublar Nurəli ilə həqiqətən maraqlanır. Amma “Zenit” və şəxsən Aleksandr Medvedev futbolçunu 5 milyon avrodan aşağı qiymətə satmayacağına qərar verib. Türklər bu qədər pul ödəməyə hazır deyillər”, – mənbə bildirib.
Daha əvvəl Alipin transferində “Beşiktaş”ın maraqlı olduğu məlum olub. Yeni mövsümdən Türkiyə çempionatında qazaxıstanlı futbolçuların artıq legioner hesab edilməməsi İstanbul klubunun “Zenit”in müdafiəçisinə marağına səbəb olub.
Aut.az
