Türkiyə

“Beşiktaş” onunla müqaviləni pozdu

Xorvatiya millisinin hücumçusu Ante Rebiç azad agent olub.

Aut.az xəbər verir ki, iyulun 31-də “Beşiktaş” tərəflərin razılığı ilə 30 yaşlı forvardla müqaviləyə xitam verdiyini açıqlayıb.

2023/24 mövsümündə Rebiç “Beşiktaş”ın heyətində bütün turnirlərdə 23 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az