Dünya futboluTürkiyə

Ən aşağı dəyər verilən futbolçu odur – Mourinyo kimi deyir?

Əfsanəvi baş məşqçi Joze Mourinyo maraqlı açıqlama ilə diqqəti cəlb edib.

Aut.az xəbər verir ki, “Fənərbağça”nın baş məşqçisi dünya futbolunda layiq olduğu dəyəri almayan futbolçunun adını açıqlayıb:

“İvan Rakitic dünyanın ən aşağı dəyər görən  futbolçularından biridir. Fikrimcə, Rakitic yalnız sosial şəbəkələrini, xüsusən də İnstaqramı təkmilləşdirməlidir. İndi bu son dərəcə vacibdir və İvan bu işdə o qədər də uğurlu olmayıb – onun gücü meydandadır.

O, hər cəhətdən əla oyunçudur. Rakitic topla parlaqdır, sadə və effektivdir. O, ən aşağı qiymətləndirilən oyunçulardan biridir”.

Aut.az