Üçqat olimpiya çempionundan şok açıqlama: Yeməkdən qurd çıxdı
Üçqat olimpiya çempionu, britaniyalı üzgüçü Adam Piti bildirib ki, idmançılar Olimpiya kəndində təklif olunan balıq yeməklərində qurd tapıblar.
Aut.az xəbər verir ki, Pitinin sözlərini “Daily Mail” sitat gətirib.
“Yemək kifayət qədər yaxşı deyil. Rio-de-Janeyroda olduğu kimi Tokioda da yemək inanılmaz idi. Amma bu dəfə kifayət qədər proteinli qida yoxdur. Uzun növbələr olur, yemək götürmək üçün 30 dəqiqə gözləyirsən. Mən ət yemək istəyirəm, yaxşı çıxış etmək üçün mənə ət lazımdır. Mən evdə nə yeyirəmsə, burada da onu yemək istəyirəm. Nə üçün qida rasionumu dəyişməliyəm? Balıq yeməyi xoşlayıram. Amma burada onun içindən qurd tapıblar”, – Pitini bildirib.
Aut.az
