Avropa Çempionatı

İsveçrəli jurnalistin bu sualı Spalettini çaş-baş saldı

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Avro-2024-ün 1/8 finalında İsveçrə ilə oyundan (2:0) sonra mətbuat konfransında isveçrəli jurnalistin verdiyi sualdan çaş-baş qalıb.

– “Ferrari” obrazında olan İsveçrə ilə oyunda İtaliyanın “Fiat Panda”ya bənzədiyini söyləmək düzgündürmü?

“İstənilən nəticəni qəbul etməlisən. Uduzanda belə. Siz sarkazmın gözəl nümunəsisiniz və haqlısınız, daha nə deyə bilərəm? Siz bizdən daha yaxşı iş görmüsünüz. Bu oyunda sizə heç bir problem yarada bilmədiyimiz üçün növbəti dəfə daha yaxşı olmağa çalışacağıq”, – Spallettinin sözlərini “Football Italia” sitat gətirib.

Aut.az