Avropa Çempionatıİngiltərə

İngilis azarkeş oyun vaxtı xəstəxanalıq oldu: Bu, Keynin günahıdır

İngiltərə millisinin azarkeşi Çad Tomas Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun Danimarka ilə matçında (1:1) Harri Keynin vurduğu qolu qeyd edərkən topuğunu burxub.

Aut.az xəbər verir ki, fanat xəsarət aldıqdan dərhal sonra dərhal xəstəxanaya yerləşdirilib. Oyundan sonra Tomas X sosial şəbəkəsində ayaq biləyi sarğı ilə çəkilmiş şəklini yerləşdirib və “Qolu qeyd etməkdən alınan zədə” başlığı ilə paylaşıb.

Zədələnmiş fanat daha sonra ciddi xəsarət almadığını bildirib: “Bu dəlilikdə Harri Keyni günahlandırıram. Amma telefonda izlədiyim ikinci hissəyə görə heç nəyi qaçırmadım”.

Qeyd edək ki, 3-cü turda İngiltərə yığması Sloveniya ilə qarşılaşacaq. Oyun iyunun 25-də baş tutacaq.

Aut.az