Qrizmann Fransa millisinin rekordunu təkrarladı
Avro-2024-ün qrup mərhələsinin Niderland ilə oyunu Fransa yığmasının hücumçusu Antuan Qrizman üçün əlamətdar olub.
Aut.az xəbər verir ki, o, böyük turnirlərdə – dünya və Avropa çemionatlarının final mərhələlərində ümumilikdə 32-ci oyununu keçirib. Bu, Fransa rekordunun təkrarıdır.
Qrizmann Lilian Thuramın nəticəsini təkrarlayıb. Antuan Almaniyada keçirilən turnirdə daha bir oyunda meydana çıxarsa, rekordun sahibi olacaq.
Aut.az
