Avropa Çempionatı

Avro-2024-ə gedəcək azarkeşlərə xəbərdarlıq: Görün nələr qadağa edildi

Avropa çempionatının oyunlarına yollanacaq azarkeşlərə özləri ilə yemək gətirmək qadağan ediləcək.

Aut.az RTL-ə istinadən xəbər verir ki, matçlara hər hansı qida ilə yanaşı, meyvə aparmaq da qadağandır. Belə qərar verilməsinə səbəb ənənəvi alman yeməklərinin satışını artırmaqdır.

Bununla belə, tibbi səbəblərə görə xüsusi qida ehtiyacı yaranarsa, gətirilməsinə icazə veriləcək.

Qeyd edək ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.