Avropa Çempionatı

Onana: Azərbaycana hörmət etmək lazımdır

Belçika yığmasının yarımmüdafiəçisi Amadu Onana Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qalib gəldikləri (1:0) matç haqqında danışıb.

Aut.az xəbər verir ki, 22 yaşlı futbolçu “nexussports.co” saytına açıqlamasında görüşün çətin keçdiyini vurğulayıb:

“Mürəkkəb meydanda çətin oyun oldu. Asanlıqla qalib gələcəyimiz gözlənilirdi, amma asan oyun olmadı. Tapşırıq, qol vurub Bakıdan üç xalla qayıtmaq idi ki, buna nail olduq. Ən əsası qələbə qazanmaqdır.

Yarımmüdafiəyə yaxşı nəzarət etdik, müdafiədə yaxşı oynadıq və xətlər arasında aqressiv qalmağa çalışdıq. Azərbaycan bizə problemlər yaratdı, amma ümumilikdə bu rəqibə hörmət etmək lazımdır”.