Avro-2024-də ən pislərin yığması – Ronaldo da var
“Marca” internet nəşri Almaniyada keçirilən Avropa çempionatında ümidləri doğrultmayan oyunçulardan ibarət simvolik komandanı dərc edib.
Aut.az xəbər verir ki, nəşr qapıda xorvatiyalı Dominik Livakoviçi “fərqləndirib”.
Müdafiədə ukraynalı Aleksandr Zinçenko, danimarkalı Andreas Kristensen və italiyalı Canluka Mançini və Covanni Di Lorenzo yer alıb.
Yarımmüdafiədə macar Dominik Tsoboşlay, serb Sergey Milinkoviç-Saviç və şotlandiyalı Con MakQin var.
Hücumda portuqaliyalı Kriştiano Ronaldo, serb Duşan Vlahoviç və belçikalı Romelu Lukaku qərarlaşıb.
Aut.az
