Avropa Çempionatı

Alban azarkeşlər oyun çıxartdı, UEFA iş açdı

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) nəzarət, intizam və etik orqanı İtaliya millisi ilə Avropa çempionatının qrup mərhələsinin ilk turunun oyununun nəticələrinə görə Albaniya Futbol Federasiyasına qarşı iş açıb.

Bir gün əvvəl Dortmundda baş tutan görüş italyanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Albaniya Futbol Federasiyasına qarşı yad əşyalar atan, pirotexniki vasitələri yandıran, meydançaya qaçan, həmçinin idman hadisəsinə uyğun gəlməyən təxribat xarakterli mesaj göstərən azarkeşlərin davranışlarına görə ittiham irəli sürülüb.

Albaniya millisi Avro-2024-də növbəti oyununu iyunun 19-da Hamburqda Xorvatiyaya qarşı keçirəcək.

Aut.az