Sakki İtaliya futbolunun DNT-sini açıqladı: Heç vaxt üslubu olmayıb
Tanınmış mütəxəssis Arriqo Sakki İspaniya və İtaliya millilərinin Avropa çempionatının qrup mərhələsinin 2-ci turundakı oyunu haqda danışıb.
Oyun cümə axşamı, iyunun 20-də baş tutub. İspaniya yığması minimal hesablı (1:0) qələbə qazanıb.
Aut.az xəbər verir ki, Sakki bu barədə “Football Italia”ya danışıb.
“Bir məqama dərhal aydınlıq gətirək: Spalletti günahkar deyil. O, bir ildən azdır millidədir, çətin vəziyyəti miras alan və heç vaxt üslubu olmayan bir ölkəyə üslub gətirməyə çalışan məşqçidir. A seriyası ona kömək etmir, əksər komandalar əslində Avropa prinsiplərinə uyğun gəlməyən köhnə futbolla məşğul olur, əcnəbilərin kütləvi olması səbəbindən futbolçular özlərini ifadə etməkdə çətinlik çəkirlər. Belə şəraitdə işləmək ciddi problemdir ki, İtaliya millisini dəyərləndirərkən nəzərə alınmalıdır.
İspaniya 1:0 hesabı ilə qalib gəldi, amma dürüst olmaq və etiraf etmək lazımdır ki, hər şey bizim üçün yaxşı getdi, onlar asanlıqla beş-altı qol vura bilərdilər, biz isə onların qapısı qarşısında təhlükəli olmadıq.
Dərhal başa düşdüm ki, bu axşam çətin olacaq. İtaliya çaşqın, demək olar ki, qorxulu görünürdü və bu münasibət italyanların həmişə özlərində daşıdıqları zehniyyətin nəticəsidir. Biz “kollektiv olaraq” necə düşünəcəyimizi bilmirik, öz yolumuzla gedirik, biz fərdiyyətçiyik. İspaniyada əksinə, ideal arxitektura var idi, amma onlar üçün daha asandır, bütün ispan komandaları belə oynayır, onların DNT-sində topu saxlamaq, itirəndə gedib onu geri almaq istəyi var”, – Sakkii bildirib.
Aut.az
