Uzun müddətə sıradan çıxdı
“Komo”nun hücumçusu Alvaro Morata uzun müddətə sıradan çıxıb.
Aut.az xəbər verir ki, A Seriyasının 14-cü turunda “İnter” oyunda ispaniyalı sol budundakı əzələsindən ciddi zədə alıb və 32-ci dəqiqədə əvəzlənməyə məcbur olub.
Klubun rəsmi saytında dərc olunmuş açıqlamada deyilir: “Oyunçu artıq fizioterapiyaya başlayıb və onun sağalması yaxın həftələrdə izləniləcək. Onun meydana qayıtması reabilitasiya prosesinin gedişatından asılı olacaq”.
“Komo” hazırda İtaliya liqasında altıncı yerdədir. Morata kluba 2025-ci ilin avqustunda qoşulub. Bu mövsüm hücumçu Seriya A-da 14 oyundan 13-də oynayıb və qol vurmayıb.
Aut.az
