Ulduz futbolçudan şad xəbər
“İnter”in hücumçusu Lautaro Martines zədəsini sağaldıb.
Aut.az xəbər verir ki, La Gazzetta dello Sport nəşrinin yaydığı məlumata görə, argentinalı futbolçu A Seriyasının 31-ci turunda “Roma”ya qarşı keçiriləcək matçda start heyətində meydana çıxa bilər.
Lautaro Martines Çempionlar Liqası pley-off mərhələsində “Budo-Qlimt” ilə ilk oyunda (1:3) zədələnmişdi.
Qeyd edək ki, “İnter” – “Roma” qarşılaşması 5 aprel tarixində keçiriləcək.
Aut.az
